Accessibility links

"Karlar planeti" eşitmə qabiliyyəti zəif olan suriyalı uşaqlara yardım edir [Video]


"Karlar planeti" eşitmə qabiliyyəti zəif olan suriyalı uşaqlara yardım edir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Hesdablamalara görə Livanda 1.1 milyon suraiyalı qaçqın var ki, onlardan 500 mini uşaqdır. Onların çoxuna lazımi qədər ərzaq və su çatdırmaq böyük problemdir. Kar olan uşaqların isə problemi daha çoxdur. Lakin onların bəzilərinə Birləşmiş Ştatların “Deaf Planet Soul” – “Karlar planeti” xeyriyyə təşkilatı yardım edir.

Cana adlı bu 9 yaşlı qızın üzündəki sevinc ifadəsini görmək olur. Çünki o, özünü tam ifadə yolunu öyrənir. Cana kardır və indiyə qədər ona işarə dilini Google vasitəsilə anası öyrədirdi. Lakin indi o, bu dili Birləşmiş Ştatların maliyyələşdirdiyi “Deaf Planet Soul” – “Karlar Planeti”ndə həqiqi müəllimlərdən öyrənir.

Təşkilatın işçisi Zeynəb Abdulla: “Biz suriyalı kar uşaqlara işarə dilini audiolojik yolla və eşitmə aparatlarından istifadə yolu ilə yardım edirik. Biz buraya bütün uşaqları dəvət edirik, lakin hələlik buraya gələnblərin çoxu suriyalı uşaqlardır. Burada müharibə səbəbindən kar olan uşaqlar çoxdur.”

Uşqlardan bəziləri tam kar deyil, bu 6 yaşlı Ayə kimi. Onların eşitmə qabiliyyəti qumbara atəşləri və travmadan qüsurlu olub. Onlar eşitmə cihazı gəzdirir. İndi Ayə ailəsinin təhlükəsizliyini təmin etmək üçün Avropada olan anası ilə anlaşa bilir. “Onların evinə hücum olanda bu qız 1 yaş 2 aylıq olub. Atası öldürüldükdən sonra şükür Allaha ki, anası onu və qardaşını götürüb qaça bilib. Sonra biz Livana gəldik və qızın eşitməsində problem olduğunu sonradan bildik" deyə, Ayənin nənəsi bildirir.

Bu, anadangəlmə və ya müharibə səbəbindən eşitməsində problem olan uşaqlar burada dünyanı dərk edir. Cananın anası Samar Abdulla: “İlk dəfədir ki, kimsə məndən nə istədiyimi soruşur, mən Cananın təkcə qulağına görə deyil, başqa həkimlə də görüşməsini istərdim.”

Bu yardım komandası artıq Birləşmiş Ştatlara dönüb və gələn səfər üçün vəsdait toplamağa başlayıb.

XS
SM
MD
LG