Accessibility links

Suriyada 6 həftəlik döyüşlər 800-dən artıq adamın ölümünə səbəb olub


Suriya fəallarının bildirdiyinə görə, İŞİD-lə kürd döyüşçülər arasında gedən 6 həftəlik döyüşlər 800-dən artıq adamın ölümünə səbəb olub.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu ölənlərin 500-nün cihadçılar, qalanlarının isə kürdlər olduğunu birldirib. Bu göstəriciyə ABŞ-ın başçılıq etdiyi koalsiya qüvvələrinin hücumu zamanı öldürülən 550-dən çox insan daxil deyil.

Bu arada ABŞ qüvvələri Kobani yaxınlığında İŞİD-in mövqelərinə havadan 5 zərbə endirib.

Qüvvələr İraqda da bu gün hücumları davam etdirib. Mosul və Fəllucə bölgələrinə 12 hava hücumu həyata keçirilib.

ABŞ-ın Mərkəzi Komandalığı hava hücumlarında Amerika, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Danimarka və Hollandiya qüvvələriin iştirak etdiyini bildirib.

Kobanidə quru hücumları zamanı 21 mülki vətəndaş həlak olub.

Şəhər əhalisinin əksəriyyəti Türkiyədə sığınacaq tapıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG