Accessibility links

Türk lirəsinin çöküşü: Mərkəzi Banka təzyiqlər artır


Türkiyənin Mərkəzi Bankı milli valyutanın dəyər itirməsi və inflyasiyanın qarşısının alınması üçün artmaqda olan təzyiqlər altındadır. Prezident Rəcəb Tayyib Ərdoğanın valyuta siyasətinə dair də narahatlıqlar mövcuddur.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə lirəsinin son həftələr ərzində 40 faizdən artıq dəyər itirməsi inflaysiya səviyyəsini kəskin artırıb.

Mərkəzi Bankı bildirib ki, inflyasiyaya mane olunması üçün valyuta siyasətini dəyişməyə hazırdır. Maliyyə marketləri bunu bankın ciddi şəkildə dərəcələri artıracağı kimi qiymətləndirib.

Bu həftə Türkiyənin maliyyə naziri Berat Albayrak Türkiyənin iqtisadi durumu ilə bağlı çıxışında ölkənin maliyyə sisitemində artıq düzəlişlər edildiyini bildirib.

Prezidentin kürəkəni Albayrakın prezidentlə eyni yolu getdiyi düşünülür. Bəzi təhlilçilər hesab edir ki, Albayrak bəyanatları ilə ciddi kredit faizlərinə ehtiyac olduğunu azaltmağa çalışır.

Berat Albayrak
Berat Albayrak

Beynəlxalq investorların gözləntilərinin düzgün qiymətləndirilməməsi Ankaraya baha başa gələ bilər.

Qlobal Mənbə Tərəfdaşlığı şirkətindən siyasi təhlilçi Atilla Yeşiladanın dediyinə görə, faizlər kifayət qədər qaldırılmasa, kütləvi satış panikası yaranacaq.

Təhlilçilər hesab edir ki, lirənin əlavə dəyər itirməsi ilə Türkiyədə milli valyutaya ictimai etibar itəcək. Bu isə iqtisadiyyatın qapanmış dairəsi deməkdir.

Ekspertlərin fikrincə, lirənin zəifləməsi inflaysiyanı artırır, Mərkəzi Bankın uğrusuz siyasəti lirəni dəyərdən salır, bu isə inflaysiyanın daha da artmasına yol açır.

Beynəlxalq banklar gələn il Türkiyə iqtisadiyyatının tənəzzülünü proqnozlaşdırır. Bu isə Ərdoğan üçün heç də yaxşı işarə deyil. Belə ki, mart ayında Türkiyədə bələdiyyə seçkiləri keçirilməlidir. Ərdoğan mart seçkilərində qələbəni qarşısına məqsəd qoyub.

Türkiyənin bir sıra bankının külli miqdarda borcu ilə kredit faizlərinin artımının ölkə iqtisadiyyatını daha da sarsıdacağı Ərdoğana yaxşı bəllidir.

Dünya Bankı Türkiyəni nəhəng inşaat layihələrini maliyyələşdirməyə və Mərkəzi Bankı siyasi təsirlərdən asılı olmayaraq müstəqil fəaliyyətə çağırıb.

Təhlilçilər hesab edir ki, Ankara Vaşinqtonla münasibətlərini yaxşılaşdırmalıdır.

Ərdoğan hökumətinin amerikalı keşiş Endrü Bransonu azad etməkdən boyun qaçırması və beləliklə də ABŞ-ın sanksiyalarına yol açması da Türkiyədə lirənin avqust ayından kəskin dəyər itirməsinə səbəb olub.

.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG