Türkiyənin Anadolu xəbər agentliyinin çərşənbə günü verdiyi məlumata görə, sosial mediada Ankaranın Suriyadakı hərbi əməliyyatları barədə “qara təbliğat” yaydığı üçün 24 nəfər həbs edilıb.
Suriyanın şimal-şərqində milyonlarla suriyalı qaçqının məskunlaşması üçün təhlükəsiz bir bölgə yaratmağı planlaşdırdığını iddia edən Türkiyə və müttəfiqi olan suriyalı döyüşçülər hücumları davam etdirdiyi bir vaxt Rusiyanın dəstəklədiyi Suriya ordusu ABŞ qüvvələrinin tərk etdiyi Mənbic şəhərinə daxil olub.
Həbs olunanlar sosial mediada Türkiyənin Suriyadakı əməliyyatını tənqid edən şəxslərdir.
Türkiyə hokuməti kürd qanunvericilər də daxil edilməklə Suriyada hərbi əməliyyatları pisləyən yüzlərlə insana qarşı təzyiqlərə və istintaqa başlayıb.
Çərşənbə günü Anadolu xəbər agentliyi sosial mediada əməliyyatı tənqid etdiyinə görə nəzarət altına alınan 186 nəfərdən 24-nün rəsmi olaraq həbs edildiyini bildirib. Şübhəlilər "ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaqda" və "terror təşkilatı üçün təbliğat aparmaqda" ittiham olunub.
Türkiyə Suriya ilə sərhədyanı bölgələrin 'terrorçu' adlandırdığı kürd döyüşçülərdən təmizlənəcəyini bildirib.
Türkiyənin müxalifət partiyalarının əksəriyyəti bu əməliyyatı dəstəkləsə də, Kürd Xalq Demokratik Partiyası (HDP) bunu "işğal cəhdi" kimi qiymətləndirir.
Prokurorlar HDP həmsədrlərinə qarşı verdikləri açıqlamalara görə istintaqa başlayıb.