Accessibility links

Türkiyə İstanbul Konveniyasından geri çəkilməyi nəzərdən keçirir


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) gələn həftəyədək qadınları məişət zorakılığına qarşı qoruyan Avropa razılığından geri çəkilib-çəkilməyəcəyinə dair qərar verəcəyini bildirib. Bu addım Türkiyədə bir çox qadını qəzəbləndirib. Onlar arasında prezident Rəcəb Tayyib Ərdoğanın qızı da var.

Türkiyə 2012-ci ildə İstanbul Konvensiyasını təsdiqləyən ilk ölkə olub. Ondan sonra daha 33 Avropa ölkəsi razılığı imzalayıb.

Bu, qadınlara qarşı zorakılığı insan haqları pozuntusu elan edən və “qadınlara qarşı zorakılıqla mübarizə üçün hərtərəfli qanuni çərçivə və yanaşma,” o cümlədən qurbanların müdafiəsini və zorakılıqda şübhəli bilinənlərin məsuliyyətə cəlb olunmasını təmin edən ilk məcburi razılaşmadır.

Amma Türkiyənin mühafizəkar höküməti razılıqdan geri çəkilmək istəyir, çünki razılığın əleyhdarları onun Türkiyədəki ailə anlayışına və onsuz da qadınları zorakılıqdan qoruyan ənənəvi dəyərlərə xələl gətirdiyini bildirir.

BMT-nin 2016-cı ildə yaydığı hesabatda Türkiyədə qadınların 38 faizinin fiziki və ya intim partnyor zorakılığına məruz qaldıqları bildirilmişdi. İstanbulda qərargahlanan 'Biz Qadın Cinayətlərinə Son Qoyacağıq' adlı qrupun məlumatına görə, adətən partnyorları tərəfindən öldürülən qadınların sayı artmaqda davam edir. 2011-ci ildə qətlə yetirilən qadınların sayı 121 olub, 2018-ci ildə isə bu göstərici 440-a yüksəlib.

Belə görünür ki, razılıqdan geri çəkilmək qərarı Ərdoğanın oğlu ilə qızı arasında fikir ayrılığına səbəb olub.

“Bizim fundamental dəyərlərimizi, ailə anlayışımızı din müəyyən edir,” Türkiyə Gənclik Fondu bildirib. Ərdoğanın oğlu Bilal Ərdoğan fondun idarə heyətinin üzvüdür.

Ərdoğanın qızı Sumeyye Ərdoğan isə Türkiyənin Qadınlar və Demokratiya Assosiasiyasının sədr müavinidir.

“Biz bir tərəfə zülm edildiyi və zorakılıqlara məruz qaldığı münasibətlər çərçivəsində ‘ailə’ haqda danışa bilmərik. Ailə daxilində təcavüzün sağlam münasibətdə yeri yoxdur. Bullinq insan ləyaqətinə və İslam dəyərləinə ziddir” assosiasiya bildirib.

AKP-nin sədr müavini Numan Kurtuluş isə bildirir ki, Türkiyənin LGBTQ icması bərabər hüquqlar uğruna mübarizə aparmaq məqsədilə konvensiyanın “arxasına sığınır.”

Türkiyənin razılıqda qalmasını dəstəkləyənlər də deyir ki, geri çəkilmək Avropa dəyərlərinə ziddir və Türkiyənin Avropa İttifaqına qoşulmaq yolunda geri addım atmasına bərabərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG