Accessibility links

Türkiyədə koronavirusdan ölənlərin sayı 168-ə, yoluxanların sayı isə 10,827-yə çatıb


Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca bazar ertəsi yeni koronavirusdan ölənlərin sayının 37 nəfər artaraq 168-ə çatdığını, təsdiqlənmiş yoluxma hallarının sayının isə 1610 nəfər artaraq 10.827-yə yüksəldiyini bildirib.

Bu günə qədər 162 xəstənın sağaldığı bildirilir.

Nazir Tvitter səhifəsində bazar ertəsi ölkədə ilk dəfə ən çox, 11.535 insanın testdən keçirildiyini və Türkiyədə virus baş qaldırandan bəri bütövlükdə aparılan testlərin ümumi sayının 76.981-ə çatdığını yazıb.

Türkiyədə koronavirusun yayılmasının qarşısının alınması səyləri çərçivəsində 165 minə yaxın müəssisə bağlanıb. Vətəndaşlar sosial izolayasiya tədbirlərinə riayət etməyə çağırılıb və 65 yaşdan yuxarı insanlara küçələrə çıxması qadaöan edilib. Bunlarla yanaşı 70 ölkəyə uçuşlar dayandırılıb.

XS
SM
MD
LG