Accessibility links

Türkiyədə tibbi ləvazimatların qiyməti artır


Türkiyənin Səhiyyə Nazirliyi bu yaxınlarda ölkədə ilk koronavirus halını təsdiqlədikdən sonra ümumdünya pandemiyasına hazır olmaq üçün insanlar apteklərə, ərzaq mağazalarına və digər ticarət mərkəzlərinə üz tutub.

Amerikanın Səsinin İstanbuldakı müxbiri Umut Çolak Ankaradakı müxbir Murat Karabulutla birlikdə üz maskaları və təmizləyici maddələr kimi ləvazimatların çatışmazlığı və bu kimi ləvazimatların qəflətən bahalaşması barədə məlumat təqdim edib.

Türkiyədə ilk koronavirus halının təsdiqi eləcə də insanları tibbi ləvazimatlar və gündəlik ehtiyacları təmin edən məhsulları almaq üçün apteklərə tələsməyə məcbur edib. Yerli aptek işçiləri istehsalçıların qiymətləri qaldırdığını deyib. "Mən buraya aptekimiz üçün ləvazimat almağa gəldim, çünki müştərilərimiz üz maskaları və dezinfeksiyaedici maddələr istəyir. Qiymətlər çox qalxıb"- deyə, əczaçı Müzəyyən Karaçı bildirir.

"Mağazanı səhər 8.30-da açdım. Saat 11-də rəflərdə heç nə qalmamışdı. Əvvəllər 35 lirəyə satılan mallar indi 90 lirəyə satılır. Bu vəziyyət məni çox narahat edir" , deyir aptek işçisi Xədicə Küvənkaya.

Türkiyə istehsalı olan `Kolonya' adlı ətirli hava spreyinin tərkibində spirt yüksək olduğu üçün antiseptik olaraq da istifadə edilir. Lakin onun da qiyməti digər məhsulların qiymətləri ilə birlikdə artır.

"Mən limon ətirli odekolon almaq üçün gəldim. Normalda 12 lirəyə aldığımız şey indi 25 lirəyəsir. Biyabırçılıqdır. Biz nə edəcəyik? Tonlarla maska var, amma deyirlər maska da yoxdur. Bir parça kağızı odekolon töküb burnumuza qoyacağıq. Başqa çarəmiz yoxdur" - deyə, müştəri bildirir.

Tələbat artdıqca məhsul getdikcə məhdudlaşır. Yerli əhali hökumətin həm qiymətləri tənzimləyəcəyinə, həm də mağazalara kifayət qədər mal gətirilməsinə yardım edəcəyinə ümid edir.

XS
SM
MD
LG