Accessibility links

Türkiyə məhkəməsi amerikalı keşişi azadlığa buraxdı


Keşiş Endryü Bransonun içərisində olduğu maşın məhkəmə binasını tərk edir. İzmir, Türkiyə. 12 oktyabr, 2018.

Amerikalı yevangelist xristian pastor azadlığa buraxılandan sonra artıq İzmirdəki evinə dönüb.

Cümə günü Türkiyə məhkəməsi pastorun azadlığa buraxılmasına qərar verib. Keşiş Endrü Branson Ankara ilə Vaşinqton arasında diplomatik ixtilafa səbəb olmuşdu.

Bu qərar iki NATO müttəfiqi arasında münasibətlərin yaxşılaşdırılması yolunda atılan ilk addım kimi yozulur.

ABŞ prezidenti Donald Tramp xoş xəbəri amerikalılarla paylaşaraq keşiş Bransonun tezliklə vətəndə olacağını deib. Prezident seçkilərində xristian yevangelislərin dəstəyini qazanmış Respublikaçı Donald Tramp keşişin həbsini pisləmiş və Türkiyənin buna görə bədəl odəyəcəyini aydın etmişdi.

Məhkəmə terrorçuluqda ittiham olunan Bransona 3 il və 1 ay yarımlıq həbs cəzası vermişdi, lakin o, 2016-cı ilin oktaybr ayından bəri həbsdə olduğu üçün artıq azadlığa buraxılacağını bildirib.

Şahidlər deyir ki, qərar açıqlananda Branson ağlayıb. Hakimin hökmündən öncə, pastor məhkəməyə “Mən günahsızam. Mən İsanı sevirəm. Mən Türkiyəni sevirəm” deyib.

Endrü Branson məhkəməyə gətirilir
Endrü Branson məhkəməyə gətirilir

20 ildən uzun müddət Türkiyədə yaşayan şimali karolinalı yevangelist keşişin iki il öncə həbsi ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi və prezident Donald Trampın qınaqları ilə nəticələnmişdi.

Branson ittihamları rədd etmiş, Vaşinqton isə onun dərhal azadlığa buraxılmasını tələb etmişdi.

Endryü Kreq Bransonun həbsi ABŞ-Türkiyə münasibətlərinin pisləşməsinə səbəb olub.
Endryü Kreq Bransonun həbsi ABŞ-Türkiyə münasibətlərinin pisləşməsinə səbəb olub.

Branson kürd militantları və Türkiyənin 2016-cı ildə baş verən çevriliş cəhdində əli olduğumu təkid etdiyi Fəthullah Gülənin tərəfdarları ilə əlaqələrdə ittiham olunub.

Daha öncə şahidlər məhkəməyə pastora qarşı verikləri ifadələrin yanlış olduğunu bildirmişdi. Bu isə Bransonun azadlığa buraxılaraq, Birləşmiş Ştatlara geri göndərilə biləcəyinə dair ehtimalları artırmışdı.

Mən günahsızam. Mən İsanı sevirəm, Mən Türkiyəni sevirəm
Endrü Branson

Branson Türkiyənin qərb sahilində yerləşən Aliağa şəhərindəki məhkəməyə qara kostyum, ağ köynək və qırmızı qalstukla gəlib. Onun həyat yoldaşı Norin vəkillər və şahidlərin ifadələrini ziyarətçilər üçün ayrılan hissədən dinləyib.

Hakim bir sıra şahidləri sorğu-sual edəndən sonra Branson “Mən başa düşmürəm ki, bunun mənimlə nə əlaqəsi var”. O deyib ki, hakim şahidlərə Bransonun heç bir əlaqəsi olmayan məsələlərlə bağlı suallar verirdi.

Cümə günü lirənin dəyəri dəyişməz qalıb, lakin bir gün öncə Bransonun azadlığa buraxılması gözlənildiyi üçün lirənin dəyəri 3 faiz artmışdı.

XS
SM
MD
LG