Accessibility links

Türkiyə Mərmərə dənizindəki selik təbəqəsini təmizləməyi vəd edir


Pendik limanı

Türkiyənin ətraf mühit naziri bazar günü Mərmərə dənizinə təhlükə yaradan selik təbəqəsinin fəlakətin idarəsi planı ilə aradan qaldırılacağına və bunun dənizi xilas edəcəyinə söz verib.

Selik təbəqəsi adlı orqanik maddədən ibarət qalın yapışqan təbəqə İstanbulun cənubunda Mərmərə dənizi boyu yayılıb və oradakı dəniz canlılarına habelə balıqçılıq sənayesinə təhlükə yaradıb.

Limanlar, sahillər və dənizin böyük bir hissəsi boz rəngli yapışqan bir maddə ilə örtülüb. Bu maddənin bir hissəsi isə dalğaların altına keçərək, dəniz yatağındakı canlıları öldürür.

“Ümid edirik ki, biz fəlakətin idarəolunma planı çərçivəsində birlikdə Mərmərəni qoruyacağıq,” yapışqan maddənin nümunələrini toplayaran dəniz araşdırma gəmisindən çıxış edən ətraf mühir naziri Murat Kurum bildirib.

“Biz üç il ərzində bütün lazımı addımları atacağıq və layihələr həyata keçirəcəyik. Bu təkcə bu günü deyil, gələcəyi də qurtaracaq,” Kurum deyib və əlavə edib ki, o yaxında planın təfərruatları ilə də bölüşəcək.

Alimlər deyir ki, içində müxətlif mikroorqanizmlərin olduğu və biogenlə dolu çirkab suların dənizə axması ilə artan orqanik maddənin yayılmasına iqlim dəyişikliyi və çirklənmə səbəb olub.

Prezident Rəcəb Tayyiib Ərdoğan selik təbəqəsinin yayılmasına görə 16 milyon insanın yaşadığı İstanbul daxil olmaqla digər şəhərlərdən gələn çirkli suları günahlandırıb və “dənizlərimizi selik təbəqəsindən təmizləməyi” vəd edib.

Şərhlərə bax

XS
SM
MD
LG