Accessibility links

Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək


İkitərəfli əlaqələrin gərgin olduğu dövrdə, xəbər agentliklərinin verdiyi məlumata görə, Türkiyə nümayəndə heyəti bu həftə Suriya olayları, ABŞ-ın protestant rahibinin həbsi, rəsmi Ankaranın Moskva yönümlü olması və iki NATO müttəfiqinin ticarət sanksiyalarının saxlanılmasının müzakirəsi üçün ABŞ-a gələcək. CNN diplomatik qaynaqlara istinad edərək bildirir ki, iki tərəf bəzi mövzularda əvvəlcədən razılaşmalar əldə edib, ancaq detallar açıqlanmır.

Türkiyə lirəsi bu il dəyərinin təxminən 30 faizini itirib.

Ötən həftə Tramp administrasiyası Türkiyənin Ədliyyə və Daxili İşlər Nazirliyinə Türkiyədə 20 ildən artıq yaşayan və 2016-cı il dövlət çevrilişində iştirak etməkdə ittiham olunan amerikalı Endrü Bransonu ev dustaqlığında saxladığına görə sanksiyalar tətbiq edib.

Buna cavab olaraq Türkiyə prezident Rəcəb Təyyib Ərdoğan iki Amerika rəsmilərinə qarşı sanksiya irəli sürüb. Denver Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Conatan Adelmanın Amerikanın Səsinə verdiyi məlumata görə, Türkiyənin tarixinə nəzər saldıqda görünür ki, bu cür mübahisələr barışıq yolu ilə həll oluna bilər.

Türkiyə lirəsi bu il dəyərinin təxminən yüzdə 30-nu itirib.
Türkiyə lirəsi bu il dəyərinin təxminən yüzdə 30-nu itirib.

Barışıq üçün digər motivasiya faktoru Türkiyənin iqtisadiyyatı ola bilər. Türkiyə lirəsi bu il dəyərinin təxminən 30 faizini itirib. Bu, qismən də olsa Tramp administrasiyasının Türkiyənin ABŞ bazarına rüsumsuz girişinə son qoyması barədə düşünməsinə səbəbdir.

Belə bir addım təxminən $2 milyard dollar dəyərində türk malının ixracına təsir göstərə biləcək amil sayılır.

XS
SM
MD
LG