Accessibility links

Türkiyə Xaşuqci istintaqında yenidən Səudiyyənin əməkdaşlığına çağırır


Diplomatik nişanlı maşın İstanbulda Səudiyyə Ərəbistanın konsulluğunu tərk edir

Türkiyənin ədliyyə naziri Səudiyyə Ərəbistanını ötən ay Ər-Riyadın İstanbuldakı konsulluğunda öldürülən jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı istintaqda tam əməkdaşlıq etməyə çağırıb.

Əbdülhəmid Gül deyib ki, Türkiyənin baş prokuroru İrfan Fidan İstanbulda üç gün davam edən Türkiyə və Səudiyyə Ərəbistanının istintaqı zamanı Xaşuqcinin cəsədinin harada olduğu və onun öldürülməsinə kimin göstəriş verdiyi ilə bağlı suallara cavab tampayıb.

“Bu artıq dünya məsələsinə çevrilib” – deyə, Gül cümə günü Ankarada müxbirlərə bildirib. “ Bu məsələ ört-basdır edil bilməz və biz Səudiyyənin hüquq-mühafizə orqanlarının bizim şəffaf və diqqətli şəkildə apardığımız istintaqa yardım edtməsini gözləyirik”, o deyib.

İlk olaraq Xaşuqcinin öldürüldüyünü inkar edən Səudiyyə Ərəbistanı höküməti daha sonra onun planlaşdırılmamış “özbaşına əməliyyat” nəticəsində öldüyünü bildirib.

Səudiyyə Ərərbistanın baş prokuroru Səud Əl-Moceb
Səudiyyə Ərərbistanın baş prokuroru Səud Əl-Moceb

Səudiyyənin baş prokuroru Səud Əl Moceb isə ötən həftə fərqli bir versiya irəli sürərək, qətlin ğncədən planlaşdırıldığını söyləyib.

Fidan da həmçinin bu həftənin əvvəli Moceblə danışıqlardan sonra qətlin əvvəlcədən planlaşdırıldığını və Xaşuqcinin konsulluğa daxil olandan dərhal sonra boğularaq öldürüldüyünü, cəsədinin isə hissələrə bölündüyü söyləyib.

Türkiyə Səudiyyə Ərəbistanında həbs olunan 18 şəbhəlini ekstradisiya etməyə çalışır ki, onlar Türkiyə məhkəməsi qarşısına çıxarılsın. Bu şübhəlilər arasında Türkiyənin Xaşuqcinin öldürülməsi üçün İstanbula göndərildiyini iddia etdiyi "qətli törədən komandanın" 15 üzvü var.

Səudiyyə Ərəbistanın şahzadəsi Məhəmməd bin Salman Camal Xaşuqcinin əlini sıxır
Səudiyyə Ərəbistanın şahzadəsi Məhəmməd bin Salman Camal Xaşuqcinin əlini sıxır

Qətldə şübhəli bilinən bəzilərinin şahzadə ilə yaxın əlaqələri var.

Xaşuqci konsulluğa oktyabrın 2-də türkiyəli nişanlısı ilə evlənə bilmək üçün tələb olunan sənədləri almaq məqəsilə daxil olandan sonra öldürülüb.

XS
SM
MD
LG