Accessibility links

Türkiyə mətbuatı: Dövlət çevrilişinə cəhdə görə 2000-ə yaxın adam ömürlük həbs cəzasına məhkum edilib


2016-cı ilin iyul ayından etibarən prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən devrilməsi məqsədilə dövlət çevrilişinə cəhdə görə 2000-ə yaxın adam ömürlük həbs cəzasına məhkum edilib.

Anadolu dövlət xəbər agentliyinin verdiyi məlumata görə, məhkəmələr 1934 şübhəlinin həyatının qalan hissəsini həbsdə keçirəcəyinə qərar verib.

Onlardan 978-i ömürlük həbs olunub, 956-ı isə Türkiyədə ölüm hökmünün əvəz edildiyi və daha sərt şəraitdə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Çevriliş cəhdindən sonra açılmış 289 cinayət işindən 239-u bağlanıb. Anadolu dövlət xəbər agentliyinin verdiyi məlumata görə, digər 50 cinayət işinə Ankarada 18 və İstanbulda 9 iş daxildir.

Ankara ABŞ-da yaşayan müsəlman din xadimi Fətullah Güləni 2016-ci il dövlət çevrilişinə cəhddə ittiham edir və onun hərəkatını “Fətullah Terrorçu Təşkilatı" adlandırır.

Gülən Türkiyənin bütün iddialarını qəti şəkildə rədd edir və hərəkatının sülh və dünyəvi təhsili təbliğ etmək olduğu deyərək, onların terror qrupu kimi təsvir edilməsini istehza ilə qarşılayır.

Gülənlə əlaqələrinə görə 3050 nəfər həbs olunub, onlardan 1123-nə 1 ildən 20 ildək müxtəlif həbs cəzaları verilib.

Fətullah Gülən
Fətullah Gülən

Agentliyin çərşənbə axşamı verdiyi məlumata görə, Gülənin qardaşı oğlu Selman Gülən “silahlı terror təşkilatının üzvü olduğu üçün” yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Pensilvaniyada yaşayan dini xadimin qardaşı Kutbettin Gülən oktyabr ayında eyni səbəblə həbs olunub.

Son həftələr ərzində xüsusilə də Silahlı Qüvvələrdə Gülənlə əlaqələri olduqları ilə bağlı şübhələnilənlərə qarşı ölkənin bir çox yerində polis reydləri keçirilib.

2016-cı ilin iyul ayından etibarən 50 000-dən çox adamın həbs edilməsi və ictimai sektorda on minlərlə işçisinin işdən çıxarılması Qərb ölkələrində və hüquq müdafiəçiləri arasında böyük narahatlıqla qarşılanıb.

Amma Türkiyə rəsmiləri hökumət agentliklərində əvvəllər "virus" olaraq adlandırılan Gülən hərəkatının təsirini tamamilə aradan qaldırmaq üçün təzyiqin zəruri olduğunu iddia edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG