Accessibility links

Türkiyədə miqrantları daşıyan yük maşını qəzaya uğrayıb


Türkiyənin şərqi İzmir bölgəsində miqrantları daşıyan yük maşını qəzası nəticəsində uşaqlar da daxil edilməklə, 22 nəfər həlak olub.

Yunanıstana istiqamət alan yük maşını su üzərindən keçən maqistral yoldan çıxaraq bir neçə metr hündürlükdən kanala düşüb.

Miqrantların milliyyəti haqda məlumat verilməyib.

Televiziya ilə nümayiş etdirilən videoda yük maşınının kanalın divarına dəyən hissəsinin alovlandığı göstərilib.

Sürücünün 35 yaşlı türk olduğu və onun hadisədən salamat çıxdığı bildirilib. O, xəstəxanada polisə bildirib ki, hadisəyə səbəb qarşıdan gələn maşın olub. Xəstəxanadan çıxdıqdan sonra sürücü məhkəmə qarşısına çıxarılacaq.

Ölənlər arasında iki körpə və bir hamilə qadın da var.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG