Accessibility links

Türkiyəli sənətkarın "Maşın hallüsinasiyası"


Türkiyəli sənətkarın "Maşın hallüsinasiyası"
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Türkiyəli sənətkarın "Maşın hallüsinasiyası"

Nyu York şəhərində xüsusi əyləncəli vizual installyasiya qonaqları heyran edir. Bu populyar installyasiyanın arxasında kimlər dayanıb? Bu, bir hissəsi insan, bir hissəsi maşın öyrənməsindən ibarət alqoritmlərdir.

Nyu-Yorkdakı sənət installyasiyası izləyicilərə naxış və rənglərin yaratdığı psixodelik ziyafət təqdim edir.

Türkiyə əsilli Refik Anadol "Maşın hallusinasiyası"nın arxasında dayanan sənətkardır. Lakin installyasiyanın həm-yaradıcıları NVIDIA tədqiqatçıları tərəfindən hazırlanmış alqoritmlərdir.

"Elmi fantastika əsərlərindən çox ilham alıram və süni intellekt, nevrologiya və memarlığın birləşdiyi yaxın gələcək haqqında düşünürəm. Bu layihədə süni intellekt internetə daxil olur və Nyu Yorkun 113 milyon təsvirini yükləyir", deyə Refit Anadol bildirib.
Alqoritmlər sosial mediadan Nyu Yorkun icitmaiyyətə açıq olan görüntülərini toplamaq üçün proqramlaşdırılıb.

"Biz xüsusi olaraq kollektiv yaddaşa, binalara, memarlığa diqqət edirik. Bizdə Flatiron və ya Empire State kimi binalara bir çox tərəfdən baxan milyonlarla görüntü var", deyə Refik qeyd edib.
Nəticədə ortaya çıxan görüntülər və xatirələr maşının "ağlına" bir pəncərədir, yəni onun süni intellektinə. Ancaq Anadol bu maşın ağlının şüurunun olub-olmadığını araşdırmaq istəyib.

"Sözsüz ki, indi maşınlar nələrisə öyrənə bilər və əlbəttə mən də incəsənət adamı olaraq soruşuram: Bəs onlar xəyal edə bilərmi?", deyə Refik Anadol sual edir.
Onun studiyası sonda real həyatda çəkilən şəkillərə köklənmiş çoxölçülü, xəyali kainat yaratmaq üçün məlumat dəstinə tətbiq olunan proqram hazırladı.​

Anadol rəqəmsal mühiti "gizli kinoteatr", maşın intellekti dövründəki kinoteatr adlandırır.

O, "Mən bu texnologiyaların inkişafına və əslində bizə nə dediklərinə çox tənqidi yanaşıram...Ona görə də, ola bilsin ki, bu qorxular olmadan texnologiyanın həqiqətən necə istifadə olunacağını başa düşməyin bir yoludur. Bundan başqa nə edə bilərik? Bax, bu, məncə, çox vacib bir sualdır" deyərək mövzunu davam etdirib.

Sonda isə o fikirlərini "Elə hiss edirəm ki, görünməyənləri görməyə imkan verən bir vasitəm var." sözləri ilə yekunlaşdırıb.

XS
SM
MD
LG