Accessibility links

Təbriz və Urmiyədə fəallar İnqilab Məhkəməsinə çağırılıb


Nəsim Sadıqi və Qulam Quluzadə

Hüquq müdafiəçiləri Şərqi və Qərbi Azərbaycan vilayətlərində milli fəalların İslami İnqilab məhkəmələrinə çağırıldığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, hazırda müvəqqəti azadlıqda olan milli fəal Nəsim Sadıqiyə məhkəmə tərəfindən çağırış vərəqəsi göndərilib.

Hazırda müvəqqəti azadlıqda olan Nəsim Sadıqinin mühakimə prosesi "rejimə qarşı təbliğat" ittihamı ilə davam edir.

HRA-nın surətini nəşr etdiyi sənədə görə, siyasi fəal sentyabrın 3-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

Nəsim Sadıqi keçən ilin oktyabr ayında təhlükəsizlik qurumu tərəfindən tutulduqdan sonra İnqilab Keşikçiləri Korpusunun (Sepah) təhlükəsizlik bölməsində nəzarət altında saxlanılmışdı. O, təqribən 40 gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldı.

Sadıqi prokurorluq tərəfindən “internetdə yalan məlumat yayma”, “İran əleyhdarı olan cəmiyyətlərə üzvlük” və “rejimə qarşı təbliğat” fəaliyyəti göstərməkdə günahlandırılmışdı, amma məhkəmə daha sonra ilk iki ittihamla bağlı icraata xitam verilməsinə dair qərar qəbul etdi. Onun mühakimə prosesinin “rejimə qarşı təbliğat” ittihamı ilə davam edəcəyi bildirilir.

Milli fəal Qulam Quluzadə isə Urmiyə İnqilab Məhkəməsinə çağırılıb. Güney Azərbaycan Televiziyası (Günaz TV) bu haqda məlumat yayıb.

Günaz TV-nin surətini nəşr etdiyi çağırış vərəqəsinə görə, Quluzadə avqust ayının 29-da məhkəmə müraciət etməlidir.

XS
SM
MD
LG