Accessibility links

Tədqiqatlar Pfizer-BioNTech peyvəndinin COVID-19-un Braziliya variantını neytrallaşdırdığını göstərir


Pfizer-BioNTech COVID-19 peyvəndi laboratoriya tədqiqatının nəticələrinə görə Braziliyada bu yaxınlarda aşkar edilmiş koronavirusun sürətlə yayılan variantını zərərsizləşdirir.

Pfizer və Texas Universitetinin alimləri peyvənd vurulmuş insanlardan qan götürərək P.1 adlandırılan mutasiya olmuş virusun modifikasiya edilmiş versiyası ilə qarışdırıblar. Tədqiqatçılar peyvəndin virusun keçən ilki daha az yoluxucu versiyalarına qarşı olduğu qədər Braziliya variantına qarşı da təsirli olduğunu təsbit ediblər.

Tədqiqatın nəticələri bazar ertəsi New England Journal of Medicine jurnalında dərc edilib.

Bu arada, Rusiyanın dövlət fondu RFBİ İsveçrədə yerləşən əczaçılıq şirkəti Adienne ilə Rusiyanın Sputnik V koronavirus peyvəndinin Avropada istifadəsi üçün kqtləvi istehsalına dair müqavilə imzalayıb. Çərşənbə axşamı günü əldə edilən bir razılaşmaya əsasən, peyvənd İtaliyanın Milan şəhərində Adienne şirkətinin istehsal obyektində hazırlanacaq.

Avropa İttifaqı qurumun Sputnik V peyvəndi ilə bağlı yekun rəyini vermədiyi üçün üzv dövlətləri Rusiyanın COVID peyvəndini almasına qarşı xəbərdarlıq edib. Ancaq Aİ-nin dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi COVID-19 peyvəndlərinin təsdiqləməsində ləng davrandığına görə tənqidlərə məruz qalıb. Bu, bəzi ölkələrin Sputnik V peyvəndini birtərəfli qaydada təsdiqləməsinə gətirib çıxarıb.

Keçən ay Lancet tibb jurnalında dərc olunan araşdırmaya əsasən, iki dozalı Sputnik V peyvəndi simptomatik COVID-19-a qarşı 92%-ə qədər təsirli olduğunu göstərib.

XS
SM
MD
LG