Accessibility links

Türkiyə Ər-Riyadın jurnalistin yoxa çıxması ilə bağlı təhqiqata yardım göstərməsini istəyir


Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu

Türkiyə bazar ertəsi günü Səudiyyə Ərəbistanından ölkənin İstanbuldakı konsulluğunda səudiyyəli jurnalistin yoxa çıxmasının təfərrütlarının müəyyən edilməsi üçün axtarış aparmağa icazə verməsini istəyib. Türkiyə rəsmiləri jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünə inandıqlarını bildirib.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman keçən həftə deyib ki, Ər-Riyad Türkiyə hökumətinin konsulluqda axtarış aparmasını “alqışlamağa hazırdır”. Onun bildirdiyinə görə, 59 yaşlı Camal Xaşuqcinin yoxa çıxması ilə əlaqədar “gizlədilməli heç bir şey yoxdur”.

Səudiyyəli dissident jurnalist Camal Xaşuqci Londonda Yaxın Şərq institutunda nitq söyləyir, 29 sentyabr, 2018.
Səudiyyəli dissident jurnalist Camal Xaşuqci Londonda Yaxın Şərq institutunda nitq söyləyir, 29 sentyabr, 2018.

Lakin Türkiyə rəsmilərinin konsulluğa daxil olmasına icazənin verilib-verilmədiyi hələ aydın deyil. Səudiyyə Ərəbistanı rəsmiləri Türkiyə təhqiqatçılarının Haşuccinin öldürüldüyü haqda iddialarının “əsassız” olduğunu bildiriblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı rəsmiləri Camal Xaşuqcinin evlənmək haqda sənədlərin hazırlanması üçün keçən həftənin çərşənbə axşamı günü konsulluğa daxil olduqdan sonra oranı tərk etdiyini sübuta yetiməlidirlər. Onun türk nişanlısı Hatice Çengiz Camal Xaşuqcinin konsulluq binasından çıxmadığını bildirir.

“Biz bu təhqiqatın nəticələrini ən tez zamanda əldə etməliyik Konsulluq rəsmiləri `o oranı tərk edib` deməklə özlərini xilas edə bilməzlər”, Budapeştdə səfərdə olan Ərdoğan bildirib.

İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında etiraz aksiyası, 8 oktyabr, 2018.
İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında etiraz aksiyası, 8 oktyabr, 2018.

Washington Post qəzetinin yazarı olan Camal Xaşuqci Məhəmməd bin Salman hökumətinin kəskin tənqidçilərindən biri idi. O, Səudiyyə Ərəbistanında fərqli düşünənlərə qarşı təqiblərdən sonra ölkəni tərk edib Birləşmiş Ştatlarda yaşayırdı.

Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanının ölkədəki səfirini bazar günü yenidən Xarici İşlər Nazirliyinə çağıraraq, ona Ər-Riyadın tam əməkdaşlıq edəcəyini gözlədiklərini bildiriblər.

Bazar ertəsi günü etirazçılar İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında toplaşaraq, jurnalistin taleyi ilə bağlı məlumat verilməsini tələb ediblər. Onlar üzərində “Biz Camal Xaşuqci olmadan getməyəcəyik” yazılmış plakatlar qaldırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG