Accessibility links

Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanından olan jurnalistin o ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyü qənaətinə gəlib


Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanından olan jurnalistin o ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyü qənaətinə gəlib. Səudiyyə rəsmiləri itthamları əsasız adlandırıb.

Məlumata görə, jurnalist sənəd almaq üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub. Həmin sənəd ona evlənmək üçün lazım imiş.

Camal Xaşoqqinin nişanlısı onu konsulluq önündə gözlədiyini və onun heç zaman oradan çıxmadığını deyib.

The Washington Post qəzetinə də yazan və ABŞ-da yaşayan jurnalist ötən il Səudiyyə Ərəbistanının dissident səsələri boğmasından sonra vətənini tərk edib.

Keçmiş qəzet redaktoru olan Xaşoqqi demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərli düşünnənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.

ABŞ Dövlət Departamenti onunla bağlı sualın cavabında bildirib ki, Amerika bu məlumatı təsdiq etmək mövqeyində deyil, lakin məsələ yaxından izlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hakimiyyət hazırda bütün kameraların qeydə aldığı görüntüləri və hava limanlarına bütün giriş-çıxışları yoxlayır.

Ərdoğanın köməkçisi Yasin Aktay bundan əvvəl Reuters-ə bildirib ki, hakimiyyət hesab edir ki, bu işdə Səudiyyə Ərəbistanından olan 15 nəfərin əli var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG