Accessibility links

Tacikistan hökumət qüvvələri üç İslamçı yaraqlını öldürüb


Hökumətin yaraqlıları təqib etməsi Raşt rayonunda azı 28 tacik əsgərinin ölümü ilə nəticələnən hücumun ardınca baş verib

Tacikistan rəsmiləri hökumət qüvvələrinin bu gün üç İslamçı yaraqlını öldürdüklərini bildirib. Bazar günü hərbi maşın karvanına qarşı hücumdan sonra hökumət qüvvələri üç gündür ki, yaraqlıları hədəf alır. Tacik hərbi mənbələri bu gün xəbər agentliklərinə əməliyyatın başlanğıcından bəri öldürülən yaraqlıların ümumi sayının səkkiz nəfər olduğunu bildirib. Rəsmilər deyib ki, atışmada üç hərbi xidmətçi yaralanıb. Hökumətin yaraqlıları təqib etməsi Raşt rayonunda azı 28 tacik əsgərinin ölümü ilə nəticələnən hücumun ardınca baş verib. Özbəkistanın əl-Qaidə ilə əlaqəsi olan islamçı hərəkatı hadisənin məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG