Accessibility links

Tailandda bomba hücumu olub


Çərşənbə axşamı Tailandın cənubunda maşın bombasının partlaması nəticəsində bir nəfər ölüb, 30 nəfər yaralanıb.

Rəsmilər maşının partlayış zamanı sahil şəhəri Pattanidə yerləşən bir mehmanxananın qarşısında dayandığını bildirir. Nəticədə otelin girişinə və karaoke bar və masaj salonu daxil olmaqla yaxınlıqdakı bir neçə digər binaya zərər dəyib. Partlayış qurbanlarının hamısı Tailand vətəndaşlarıdır.

Bundan bir neçə dəqiqə öncə isə otelin avtodayanacağına yerləşdirilən bomba partlayıb. Rəsmilər xəsarət alan olmadığını bildirir.

Çərşənbə axşamı törədilən hücum 11-12 avqust arası cənubi Tailandda yerləşən kurort şəhərlərində koordinasiya edilmiş bomba hücumları dalğasından sonraya təsadüf edir. Bu hücumlar nəticəsində dörd nəfər ölüb, onlarla insan yaralanıb.

Regionda 12 ildir Yala, Pattani və Narativat bölgələrində müsəlmanların həyata keçirdiyi və 6 500-dən çox insanın ölümünə səbəb olan qiyam davam edir.

XS
SM
MD
LG