Accessibility links

Tailand hökumətinin tərəfdarları etiraz aksiyalarının dayandırılmasını tələb edir


Tailand hökumətinin tərəfdarları çərşənbə axşamı Banqkokda hərbi məntəqədə toplaşaraq paytaxtda iki aya yaxın davam edən etiraz aksiyalarını dayandırmağı tələb edib

Tailand hökumətinin tərəfdarları çərşənbə axşamı Banqkokda hərbi məntəqədə toplaşaraq paytaxtda iki aya yaxın davam edən etiraz aksiyalarını dayandırmağı tələb edib. Sarı köynəklilər adlanan bu qrup baş nazir Abhisit Vecacivanın qırmızı köynıklilər etiraz aksiyalarına başlayandan bəri işləyib və yaşadığı hərbi bazanın qarşısında toplaşıblar. Sarı köynəklilər cənab Vecacivanın köməkçilərindən birinə ərizə ilə müraciət edib onu komendant saatı tətbiq etməyə və qoşun göndərməyə çağırıb. Onlar bildirib ki, qırmızı köynəkli etirazçılar qeyri-qanuni fəaliyyətləri ilə Tailandın iqtisadiyyatına və cəmiyyətinə ziyan vurub. Sarı köynəklilər Tailand boyu 40-a yaxın hərbi bazada aksiya keçirdiklərini iddia edir.

XS
SM
MD
LG