Accessibility links

Tailandda fövqəladə vəziyyət tətbiq olunmaqda davam edəcək


Baş nazir Abhisit Veccaciva deyib ki, vəziyyət sabit olsa da, fövqəladə vəziyyət barədə sərəncamın ləğv olunması hələ çox tezdir

Tailand baş naziri Abhisit Veccaciva bildirib ki, ölkədə anti-hökumət aksiyalarının yatırılmasına baxmayaraq, ölkədə fövqəladə vəziyyət tətbiq olunmaqda davam edəcək. Cənab Abhisitin sözlərinə görə, ölkədə vəziyyət sabit və təhlükəsizdir, ancaq yeni etiraz dalğasının baş qaldıra bilməsi ehtimalı səbəbilə fövqəladə vəziyyət barədə sərəncamın ləğv olunması hələ çox tezdir. Göstəriş vətəndaş azadlıqlarına qadağa qoymaqla yanaşı, senzura tətbiq edir və sülhü bərpa etmək üçün hərbi gücdən istifadə şərtlərini asanlaşdırır. Qeyd edək ki, Banqkokda iki ay davam edən Qırmızı köynəklilərlə hökumət qüvvələri arasındakı qarşıdurmalar zamanı 89 nəfər həlak olmuş, 1800-dən çox etirazçı isə yaralanmışdı.

XS
SM
MD
LG