Accessibility links

Tayvan xəstəxanasında yanğın baş verib


Bu gün Tayvan xəstəxanasında baş vermiş yanğın 9 nəfərin ölümünə, azı 15 nəfərin yaralanmasına səbəb olub.

Yanğının Taypey şəhərində, Taivan Səhiyyə və Sosial Təminat Nazirliyinin nəzdindəki hospisdə baş verdiyi bildirilib.

Şəhər Yanğınsöndürmə İdarəsinin rəisi yanğının xəstəxananın 7-ci mərtəbəsində başladığını, xəstəxana işçiləri də daxil edilməklə, binadan 43 nəfərin evakuasiya edildiyini, 23 xəstənin isə başqa xəstəxanalara köçürüldüyünü deyib.

Medianın açıqladığı videolarda yataqlarda olan xəstələrin binadan çıxarıldığı, əlil arabalarında olanların təcili yardım maşınlarına yerləşdirildiyi nümayiş etdirilib.

Rəsmilər yanğının səbəbinin araşdırıldığını bildirib.

XS
SM
MD
LG