Accessibility links

Tayvanda 6.4 bal gücündə zəlzələ baş verib


Tayvanda xilasetmə işçiləri çərşənbə axşamı baş verən güclü zəlzələ zamanı dağılmış binaların altında ilişib qalmış və itkin düşmüş 80-dən çox insanın axtarışını aparır.

Birləşmiş Ştatların Geoloji Tədqiqatlar Mərkəzi 6.4 bal gücündə zəlzələnin Tayvanın şərq bölgəsindəki turist şəhəri olan Hualian şəhəri yaxınlığında baş verdiyini bildirilıb. Rəsmilər zəlzələ nəticəsində azı 6 nəfərin öldüyünü təsdiq edib.

Zəlzələ yolların dağılmasına, 40 minə qədər evin susuz, 2 minə qədər evin isə elektriksiz qalmasına səbəb olub.

Zəlzələ zamanı 200-dən çox insanın yaralandığı, azı 88 nəfərin itkin düşdüyü deyilir. Ölkə prezidenti Tsai İn Ven hadisə yerində olub.

Zəlzələ nəticəsində ölənlər yana əyilən Marşal mehmanxanasının birinci mərtəbəsinın dağıntıları altında aşkar edilib. Xilasedicilər yaxınlıqda nisbətən dağılan və yana əyilən 12 mərtəbəli binanın dağıntıları arasında da axtarışları davam etdirir. Binaların çökməsinin qarşısını almaq üçün hadisə yerinə bir neçə mobil kran gətirilib.

Tayvan iki tektonik ocağın arasında yerləşdiyi üçün bölgədə vaxtaşırı zəlzələlər baş verir.

Çərşənbə axşamı baş verən zəlzələ iki il əvvəl 117 nəfərin ölümünə səbəb olan 6.4 bal gücündə zəlzələnin ikinci ildönümünə təsadüf edir. 1999-cü ildə də Tayvanın mərkəzində baş verən 7.6 bal gücündə zəlzələ 2 mindən çox insanın ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG