Accessibility links

Taliban Əfqanıstanda təhlükəsizlik qüvvələrinə qarşı hücum həyata keçirib


Şənbə günü Əfqanıstanın şərqində hökümət qüvvələrinə aid konvoya intiharçı bomba hücumu olub. Nəticədə azı 18 nəfər ölüb, altı nəfər yaralanıb.

Rəsmilər deyib ki, şərqi Xost şəhərində baş verən hücum ərazidəki ABŞ qüvvələrinin təhlükəsizliyini təmin edən Əfqanıstan qüvvələrinin xüsusi bölməsini hədəf alıb.

Daxili işlər naziri Nəcib Danış deyib ki, bomba hücumunu həyata keçirən şəxs partlayıcı maddələrlə dolu maşını şəhərdəki avtovaqzal yaxınlığında onvoyun üzərinə sürüb və əksərən mülki vətəndaşların ölümünə səbəb olub.

Xost, Əfqanıstan
Xost, Əfqanıstan

Hücuma görə məsuliyyəti üzərinə götürən Taliban təhlükəsizlik konvoyuna mülki vətəndaşların olmadığı yerdə hücum edildiyini deyib.

Taliban sözçüsü Zabihullah Mucahid deyib ki, hücum nəticəsində 22 düşmən qüvvə öldürülüb, bir çoxu isə yaralanıb.

O, Talibanının xüsusi qüvvələri cəzalandırmaq üçün bu hücumu bir neçə ay planlaşdırıb və onları Xostda Amerika Mərkəzi Kəşfiyyat Agentliyinin işçilərinin əmri ilə əfqanlara qarşı insan haqları pozuntuları həyata keçirməkdə günahlandırıb.

Hücum BMT-nin hər iki tərəfi bayram münasibətilə hərbi əməliyyatları dayandırmaq çağırışlarına məhəl qoymayaraq müsəlmanların müqəddəs Ramazan ayının ilk günündə həyata keçirilib.

Taliban əfqan təhlükəsizlik qüvvələri və hərbi bazalara qarşı hücumları artırıb. Qiyamçılar bu həftə ölkənin cənubunda yerləşən Qəndaharda bir sıra hücumlar həyata keçirərək, 60-dan çox əsgərin ölümünə, onlarla əsgərin isə yaralanmasına səbəb olub.

Əfqanıstanda hərbi bazaya ən ölümcül hücum apreldə şimalda yerləşən Mazar-i-Şərif şəhəri yaxınlığında 150 təhlükəsizlik qüvvəsinin ölümü ilə nəticələnən hücum idi.

XS
SM
MD
LG