Accessibility links

Əfqanıstan hökuməti Taliban rəsmən elan etməyənə qədər atəşkəsi qəbul etmir


Əfqanıstan höküməti Talıban tərəfindən rəsmən elan edilməyənə qədər atəşkəsi qəbul etməyəcəyini bildirib.

Prezident Əşrəf Qani bazar günü üsyançıların əməl etdiyi halda Talibanla üç aylıq atəşkəs elan etdiyini bildirib.

Taliban mənbələrinə əsasən, onların rəhbərliyi yerli komandirlərə bu həftə müsəlmanların qeyd etdiyi Qurban bayramı ərzində 4 gün atışmanı dayandarmağı tapşırıb, lakin bu barədə rəsmi elanın edilməsinin gözlənilmədiyini bildirib.

Prezidentin sözçüsü Harun Çaxansuri bazar ertəsi hökümətin Talibana qarşı əməliyyatları Taliban rəhbərliyi tərəfindən rəsmi atəşkəs elan olunmayana qədər davam etdirəcəyini bildirib. O həmçinin atəşkəsə Talibanın bəyan etdiyi vaxtdan əməl olunacağını deyib.

Sözçü hökümətin Talibanla ölkə miqyasında atəşkəsə nail olmaq istədiyini əlavə etsə də, İslam Dövləti qrupunun döyüşçülərinə qarşı mübarizəyə fasilə verilməyəcəyini bildirib. O, təhlükəsizlik qüvvələrinin İŞİD döyüşçüləri və narkotik qaçaqmalçılarına qarşı əməliyyatlarını davam etdirəcəklərini deyib.

Prezidentin sözçüsü həmçinin dövlətin Talibandan Qurban bayramı ərəfəsində azad olunma ehtimalı olan məhbusların siyahısını istədiyini bildirib. O deyib ki, hökümət yaşlı, xəstə, həbs müddəti bitən və ya başqa məhkəmələr tərəfindən azad elan olunan məhbusları azad etməyi nəzərdən keçirə bilər.

Taliban da həmçinin bir sıra məhbusu Qurban bayramından sonra azad edəcəyini bildirib. Lakin Çaxansuri bildirib ki, məhbusların azad edilməsi qarşılıqlı mübadilə siyahısı əsasında aparılmalıdır. O, hökümətin Taliban tərəfindən hansı məhbusları azad edəcəyini bilmədiyini söyləyib.

Bu arada, Qəzni vilayətinin talibançı qubernatoru Hacı Vəfa üsyançıların radio stansiyası olan Şəriətin Səsi-nə verdiyi müsahibədə üsyançıların vilayətdə beş bölgəyə nəzarət etdiyini deyib. O həmçinin onun döyüşçülərinin Kabil-Xəndar avto-maqistralına nəzarət etdiyini və şosse yolunun yalnız ali baş komandanlarından əmr aldıqdan sonra açılacağını bildirib.

Əfqanıstan höküməti beş gün sürən intensiv atışmadan sonra keçən həftə Qəzni şəhərinin nəzarəti ələ ala bilib. Atışmalar nəticəsində qida və su çatışmazlığı kimi humanitar problemlər yaranmışdı. Birləşmiş Millətlər Təşkilatı qarşıdurmalar zamanı 200-yə yaxın dinc əhalinin öldüyünü bildirir.

XS
SM
MD
LG