Accessibility links

BMT:Taliban Əfqanıstanda mütəşəkkil cinayətkar qruplarla bağlıdır


BMT-nin yeni hesabatında islamçı qiyamçıların təbii ehtiyatlar əldə etmək üçün cinayətkar fəlliyyətlərdə iştirak etdiyi bildirilir

BMT Əfqanıstanda Talibanın cinayətkar fəaliyyətlərdə iştirakının artdığını bəyan edib və bunun müharibə vəziyyətində olan ölkədə sülhə və təhlükəsizliyə böyük təsirləri ola biləcəyini bildirib.

BMT Təhlükəsizlik Şurası tərəfindən aparılan yeni araşdırmada miqyası və əhatə dairəsinin geniş olduğu bu cinayətkar fəaliyyətlərin illər boyu Taliban və digər qruplar arasında əlaqələrdən bəhrələndiyi qeyd edilib. Həmin qruplar narkotik maddələr ticarəti, qanunsuz emal, mafiya qrupları ilə toqquşmalar və fidyə üçün adam qaçırma da daxil omlaqla müxtəlif cinayətkar əməllərlə məşğuldur .

Nyu Yorkda açıqlanan rəsmi bəyanatda BMT komitəsinin mütəşəkkil cinayətkar sindikatlar arasında əməkdaşlığa dair müəyyən halları nəzərdən keçirdiyi bildirilib.

Komitənin bildirdiyinə görə, islamçı qiyamçılar müəyyən dövrlərdə təbii ehtiyatlara nəzarəti öz əllərinə almaq üçün cinayətkar fəaliyyətlərdə iştirak edib.

“Bu tendensiyanın Əfqanıstanda sülh və təhlükəsizliyə təsiri olacaq, çünki bu hal Taliban hərəkatı daxilində iqtisadi imkanlara malik olanları Əfqanıstanın yeni höküməti ilə hər hansı bir şəkildə barışıq prosesinə müqavimət göstərməyə təşviq edir"-deyə yeni hesabatda bildirilir.

Taliban BMT-nin yeni hesabatı ilə bağlı heç bir şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG