Accessibility links

Tamaşaçı rejissor kürsüsündə: Filmin davamını sən müəyyən et


Tamaşaçı rejissor kürsüsündə: Filmin davamını sən müəyyən et
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Tamaşaçı rejissor kürsüsündə: Filmin davamını sən müəyyən et

Söhbət televiziyalardan gedirsə burada qaydalar sadədir. Produserlər müxtəlif verilişlər hazırlayır, sən isə onları izləyirsən.

Ancaq indi, interaktiv televiziyalar vasitəsilə tamaşaçılar da bu verilişlərdə rol oynaya biləcək.

" Burada cəmi bir hekayə yoxdur. Sən etdiyin seçimlərlə hekayənin tağını dəyişib, müxtəlif istiqamətlərə yönləndirə bilərsən." - deyə, Variety jurnalının redaktoru Endryu Vallenşteyn bildirib.

Nyu Yorkda yerləşən Eko startapı öz interaktiv videoları ilə bunu edir.

" Biz izləyicilərin videolarla canlı şəkildə əlaqə qura bilməsinə imkan verən bir platforma hazırlamışıq." - deyə, şirkətin nümayəndəsi Alon Benari qeyd edib.

Misal üçün, əgər Eko şirkəti tərəfindən hazırlanan serialın əsas qəhrəmanı Jil partidə bir oğlanla qarşılaşır və onun adını və ya onunla necə tanış olduqlarını xatırlamırsa, Jilin yerinə izləyici buna qərar verə bilər.

"Belə halda iki cür insanla qarşılaşırsan. Məsələn, bəziləri "birlikdə çimərliyə getmişik" variantını seçərək ona kömək olmaq istəyir. Digərləri isə, "kilsədə yanğın çıxart" və ya "ailə planlaşdırılması" variantını seçir. Çünki, onlar hekayənin nə qədər pis davam edəcəyini görmək istəyir." - deyə, Alon Benari əlavə edib.

İnteraktiv televiziya tərəfdarları bildiriblər ki, oyunçular müxtəlif video oyunlarında da bu cür öhdəlik və nəzarətə sahib olur.

İnteraktiv televiziyaların tamaşaçılar arasında rezonans yaradıb-yarada bilməməsi onu kimin izləməsindən asılı olacaq. Artıq böyük şirkətlər də interaktiv formatı sınaqdan keçirir.

"Düşünürəm ki, gənc tamaşaçılar arasında bunu eksperiment etmək istəyənlər daha çox olacaq. Bunu demək üçün tezdir amma Netflix və Walmart kimi iri şirkətlər pulunu və vaxtını bu işə sərf edir. İnteraktiv televiziya qarşıdakı illərin ən böyük hadisələrindən biri olsa, heç təəccüblənmərəm." - deyə, Variety jurnalının redaktoru Endryu Vallenşteyn bildirib.

Necə deyərlər, bizimlə qalın, yeniliklərə hazır olun.

XS
SM
MD
LG