Accessibility links

Tanden namizədliyini geri götürür


Prezident Co Baydenin İdarəetmə və Büdcə İdarəsinə rəhbərlik etmək üçün seçdiyi Nira Tanden mübahisəli tvitlərinə görə, aparıcı Demokrat və Respublikaçı senatorların etirazı ilə qarşılaşdıqdan sonra namizədliyini geri götürüb.

Onun geri çəkilməsi Baydenin namizədlərindən birinin ilk səs-küylü məğlubiyyətidir. Senatın təsdiqini tələb edən 23 kabinet namizədindən 11-i təsdiqlənib. Onlardan əksəriyyəti hər iki partiyanın güclü dəstəyini qazanıb.

"Təəssüf ki, indi təsdiq almaq üçün irəliyə gedən yolun olmadığı aydın görünür və namizədliyimi davamlı olaraq nəzərdən keçirməyin digər prioritetlərinizdən yayındırıcı olmasını istəmirəm" - deyə, Tanden Baydenə göndərdiyi məktubda yazıb. Prezidentin bəyanatında "onun uğur tarixçəsinə, təcrübəsinə və qərarlarına son dərəcə hörmət etdiyini" bildirib və ona administrasiyasında başqa bir rol tapacağını vəd edib.

Demokratik Qərbi Virciniya senatoru Co Mançin və bir sıra Respublikaçı ötən ay ona qarşı çıxdıqdan sonra Tandenin fəaliyyəti şübhə altına alınmışdı. Onların hər birinin namizədliyi irəli sürülməzdən əvvəl hər iki partiyanın üzvlərinə hücum tvitlərinə istinad ediblər.

Senatda aparıcı mötədil səsvermə haqqı olan Mançin ötən ay onun namizədliyinə müxalif mövqeyini elan edən açıqlamasında "onun açıq şəkildə hər iki partiyaya qarşı açıqlamalarının Konqres üzvləri ilə İdarəetmə və Büdcə İdarəsinin sonrakı direktoru arasındakı əhəmiyyətli iş əlaqəsinə zəhərli və zərərli təsir göstərəcəyini" bildirmişdi.

XS
SM
MD
LG