Kuentin Tarantino o qədər qəzəblənib ki, yeni filminin çəkilişini dayandırıb.
Oskar qalibi vestern sujetli “The Hateful Eight” filminin ssenarisini yenicə bitirib və altı nəfərə göndərib.
Amma təəssüf ki, həmin altı nəfərdən biri filmin ssenarisinin məzmununu kiməsə sızdırıb. Bu səbəbdən qəzəblənən məşhur rejissor filmi çəkməməyə qərar verib.
Tarantino çox, çox məyusdur. O, əslində gələn qış artıq filmin çəkilişinə başlamaq fikrində idi. Amma indi çəkilişlər naməlum müddətə təxirə salınıb.
O, -“ssenarini verdiyim adamlara inana bilmirəmsə, onda filmi çəkməyə də mənim həvəsim yoxdur” deyib.
İndi Tarantino yeni işlərlə məşğul olacağını planlaşdırır. Ona görə ki, özü dediyi kimi, onun üzərində işləməli başqa 10 ssenarisi var. Bəli, biz ona inanırıq.
Amma heyif ki, biz Tarantinonun bəlağətli monoloqlar və hədsiz zorakılıqlarla dolu yeni filmini görməyəcəyik. Amma yaxşı xəbər budur ki, inidi o yəqin ki, kompüterinin qarşısında yeni ssenari üzərində işləyir.