Accessibility links

Tailandda nümayişçilər baş nazirin biznesləri önündə aksiya keçirib


Hökumət əleyhinə nümayişçilər baş nazir Yinqluk Şinavatra ilə əlaqəsi olan ticarət obyektlərini hədəf alıb.

Onlarla nümayişçi korrupsiyada ittiham edildikdən sonra ölkəni tərk etmiş baş nazirin qardaşı da daxil olmaqla, Şinavatranın ailə bizneslərinin baş ofislərinin önünə toplaşıb.

Çərşənbə axşamı nümayişlərdə dörd etirazçı və bir polis işçisi həyatını itirib.

Baş nazir Yinqluk bu ay erkən seçkiləri qəbul edərək, münaqişəyə son qoymağa çalışıb,lakin müxalifət seçkiləri boykot edərək bir neçə seçki məntəqəsinə müdaxilə edib.
XS
SM
MD
LG