Accessibility links

Yeni Zelandiya və Taylandda koronavirusa yoluxma halları sıfıra enib


Yeni Zelandiya və Tayland çərşənbə günü yeni koronavirusa yoluxma hallarının olmadığını bildirib. Bu ölkələrin hökumətləri karantin məhdudiyyətlərini daha da yüngülləşdirməyə hazırdır.

Bir ay evdə qalma tövsiyələrinə ciddi əməl edən Yeni Zelandiyada son iki həftə ərzində bu, koronavirusa yoluxmasız dördüncü gündür.

Mövcud sosial məsafə qaydalarına qaydalarına riayət etməklə cümə axşamı əksər mağaza və restoranların yenidən açılmasına icazə veriləcək.

"Gözləmə hissi həm həyəcanlı, həm də başa düşüləndir" - deyə, Səhiyyə Departamentinin baş direktoru Eşli Blumfild bildirib.

Taylandda mart ayının əvvəlindən bəri ilk dəfə gündəlik yoluxma halları sıfıra enib. Hökumət insanları küçəyə çıxdıqları təqdirdə maska taxmağa davam etməyə çağırıb və cümə günü bir araya gələrək, ticarət mərkəzlərinin açılmasına icazə vermək kimi əlavə yüngülləşdirmə tədbirləri barədə qərar veriləcəyini deyib.

Daha bir irəliləyişə əlamət Avstriyanın iki ölkə liderləri arasındakı danışıqlardan sonra iyunun 15-dən etibarən Almaniya ilə sərhədi tam açacağını bildirməsidir.

Meksikada isə Ümummilli Sağlamlıq Şurası tikinti, mədən və avtomobil istehsalı müəssisələrini ölkənin vacib fəaliyyət sahələri olaraq yenidən fəaliyyətə başlaümasına icazə verəcəyini, digər müəssisələrin isə hələ bağlı qalacağını bəyan edib.

XS
SM
MD
LG