Accessibility links

Tailanddakı bir kafe sosial məsafəni qorumaq üçün arabalarda qəhvə satır


Art of Coffee

Tailanddakı bir kafe koronavius infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə sosial məsafə saxlamaq tədbirinə əməl etmək üçün müştərilərinə unikal bir üsulla qəhəvə satmağa çalışır. Belə ki, kafeyə gələn müştərilərə qəhvələr ling üsulu ilə işləyən kiçik arabalarda satılır.

Tailandda yanvar ayından bəri 300 yoluxma halı qeydə alınıb. Lakin yoluxma hallarının yarıdan çoxu təkcə bu həftə ərzində baş verib.

Qorxu hissini aradan qaldırmaq məqsədi ilə Bankokdakı "Art of Coffee" işçilər və müştərilər arasında əlaqəni məhdudlaşdırmaq üçün bir metr məsafədə ip və ling sistemi quraşdırıb.

Kafenin sahibi 39 yaşlı Apirak Çamraksin bildirir ki, "Mən bu fikri Çindəki sosial uzaqlaşmanı eşitdikdən sonra həyata keçirdim. Eşitdik ki, sosial uzaqlaşma xəstəliyin başlanğıcında yeni infeksiyaların yayılmasının qarşısını almaq üçün effektivdir".

Kafe həmçinin nağd deyil, yalnız kartlarla ödəniş qəbul etməsi ilə bağlı elan da yerləşdirib. Beləliklə, işçilər banknotlara və xırda pullara toxunmaq məcbutiyyətində qalmır. Bir çoxları Tailandda virusun ilkin yayılmalarının səbəbi kimi virusa yoluxmuş turistlərdən qəbul edilmiş nağd pulları göstərir.

Kafeyə gələn müştərilərdən biri bildirir ki, "Əvvəlcə başqaları ilə fiziki təmasda olmaqdan bir az narahat olurdum. Ancaq kafenin nə etdiyini görəndən sonra müştərilərin narahatlığına diqqət yetirdiklərini düşünürəm. Mən bundan çox məmnunam."

XS
SM
MD
LG