Accessibility links

Tayvanda ölümcül qəzanın səbəbləri araşdırılır


Tayvan rəsmiləri bazar günü 18 nəfərin ölümü və 175 nəfərin xəsarət alması ilə nəticələnən qatar qəzasının səbəblərini araşdırmağa başlayıb.

Prezident Tsay İnq-ven bazar ertəsi hadisənin baş verdiyi Yilan qəsəbəsinə ziyarət edərək, hadisə qurbanlarının ailələri ilə görüşüb.

360 nəfərdən çox sərnişin daşıyan qatar Taypey ətrafından Taytunq şəhərinin cənub-şərqinə doğru populyar sahil ətrafı yolla hərəkət edərkən relsdən çıxıb.

Xəbər aqentliklərinə müsahibə verən bəzi sərnişinlər Puyuma Ekspress qatarının həddindən artıq sürətlə getdiyini hiss etdiklərini bildiriblər.

Tayvan Dəmiryolu idarəsindən verilən məlumata görə, qatarın səkkiz vaqonundan hamısı relsdən çıxıb, onlardan 5-ı aşıb.

Hadisə yerindən çəkilmiş foto-şəkillərdə qatar vaqonlarının ziq-zaq şəklində yerdə qaldığı görünür.

Xilasetmə işləri bazar günü gecə saatlarında da davam etdirlib. Xilasetmə işçiləri qaldırıcı kranlardan istifadə edərək aşmış vaqonları qaldırıb və çeviriblər.

Ərazi bazar ertəsi qatar xidmətinin bərpası üçün təmizlənib.

XS
SM
MD
LG