Accessibility links

Türkiyə baş nazirinin islamofobiyanı bəşəriyyətə qarşı cinayət adlandlrması qalmaqal yaradıb


ABŞ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu həftə sionismin bəşəriyyətə qarşı cinayyət kimi qiymətləndirilməsi fikrinə qarşı çıxdığını bildirib.

ABŞ rəsmiləri dövlət katibi Con Kerrinin bu məsələni Türkiyəyə bu gün başlanacaq səfəri zamanı ölkə rəsmiləri ilə şəxsən müzakirə edəcəyini deyib.

Anonim fikir bildirən rəsmilər komentariyanın təhqiredici olduğunu və münasibətlərə mənfi təsir göstərəcəyini deyib.

Çərşənbə günü baş nazir Ərdoğan Vyanada keçirilən BMT forumunda bildirib ki, sionism, antisemitizm və faşizm kimi islamofobiya da bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməlidir.

İsrailin baş naziri Benyamin Netanyahu Ərdoğanın çıxışını qara iftira adlandırıb.

BMT-nin sədri Ban Ki Munun sözcüsü isə bu bəyanatı uğursuz və separatçı adlandırıb.
XS
SM
MD
LG