Gürcüstanın hərbi rəsmilərinin bildirdiyinə görə, paytaxt Tbilisi yaxınlığındakı hərbi bazada baş verən partlayış nəticəsində 3 əsgər ölmüş, 12-si yaralanmışdır. Ölkənin Müdafiə Nazirliyinin açıqlamasında hadisənin Krtsanisi hərbi bazasında təlim zamanı texniki nasazlığa görə 120 mm-lik minomyot qumbarasının partlaması nəticəsində baş verdyi deyilir. Rəsmilər yaralanan əsgərlərin yaxınlıqdakı Rustavi şəhərinin xəstəxanasına çatdırıldığını bildirirlər.