Accessibility links

Təbrizin Neft və kimya zavodunun işçiləri etiraz aksiyalarını davam etdirir


Təbriz şəhərinin ən böyük zavodlarından (karxanalarından) Təbriz Petroşimi(neft-kimya) şirkətinin 1800 mühəndis və işçisi günlərdir işlərinii dayandırıb və zavodun qarşısında etiraz nümayişləri keçirir. Zavodun bir qrup işçisinin tətilə qoşulmaması zavodun fəaliyyətini dayandırmayıb. Məlumata Guzarişgəran, Əsri Növ və İttihadi Kargəri xəbər saytları və Təbrizin həftəlik Saqi jurnalı yer verib. Saqi yazır ki, Təbriz Petroşimi Şirkətinin bir qrup işçisi dövlətin yeni iş müqaviləsinin icra olunmamasına etiraz edir. Saqi dövlətin əmirinə işarə edərək yazır ki, sərəncama əsasən işçilər fabrikalar və dovlət təşkilatllarında çalışmağ üçün onlarla birbaşa iş müqaviləsi (qərardadı) imzalamalıdır. Jurnal adını açıqlamadığı fəhləyə istinadən vasitəçi şirkətlərin işçilərin hüquqlarını pozurduğunu və onları qanuni haqlarından məhrum etdiyini yazır. Qeyd edilir ki, İranda işçiləri aşağı məvaciblə işlətmək məqsədilə onları birbaşa işə almırlar. Fabrik və zavodlar, dövlət təşkilatları vasitəci şirkətlər vasitəsilə işçi qəbul edirlər. Bu muzdlu fəhlələrin əmək haqları olduqca aşağıdır. Dövlət və zavodların rəsmi işçilərə verdiyi sığorta, evlilik və uşaq ödənişlər muzdlu fəhlələrə verilmir.Onların ali təhsilləri və təcrübələri nəzərə alınmır. Saqi yazır ki, etirazçılar dovlətin yeni sərəncamına əsasən vasitəçi şirkətlərin nəzarətindən çıxaraq, zavodla birbaşa anlaşma imzalamaq istəyir. İşçilərdən birinin Saqiyə bildirdiyinə görə, müdiriyyət tərəfindən çağırılan 3 fəhlə təhdidlər altında işlərindən istefa verməli olub.

XS
SM
MD
LG