Accessibility links

Donald Tramp Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib


Donald Tramp

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, ABŞ prezidenti və xanımı Amerika xalqı adından prezident Əliyevə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərini çatdırır.

“Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər. Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır. Bir daha Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm. Ramazan bayramınız mübarək olsun”, məktubda deyilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG