1945-1946-cı ildə İran Azərbaycanında qurulan Azərbaycan Milli Hökuməti dönəmində çapa verilən əskinazlar ilk dəfə olaraq Təbriz Bələdiyyə Muzeyində sərgiyə çıxarılıb.
Araznews veb saytının yaydığı məlumatına görə, Təbriz bələdiyyəsi Seyid Cəfər Pişəvəri dönəmində çapa verilən əskinazları “Azərbaycan Milli Hökümət əskinazları” adı ilə sərgiyə qoyub. Bundan başqa muzeydə Azərbaycan Respublikasının üzərində Məhəmməd Əmin Rəsulzadənin şəkli olan əvvəlki 1000 manatlıq əskinazları da nümayiş etdirilib.
Yerli media bildirir ki, İran Azərbaycanında 1945-1946 illərdə yaranan "Azərbaycan Milli Höküməti” haqqında xalqa heç bir məlumat verilmir və o dönəmə aid ətraflı bilgilər xalqdan gizli saxlanır.