Accessibility links

Elektrik mühərriklər yanacaqla işləyən mühərrikləri arxada qoymağa başlayıb [Video]


Elektrik mühərriklər yanacaqla işləyən mühərrikləri arxada qoymağa başlayıb
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Elektrik mühərriklər yanacaqla işləyən mühərrikləri arxada qoymağa başlayıb

Britaniyadan sonra Fransa da şəhərlərində havanın getdikcə çirklənməsinın qarşısını almaq üçün 2040-cı ilədək benzin və dizellə işləyən maşınların istifadəsinə qadağa qoyulacağını bəyan edib. Bu isə hibrid-elektron avtomobillərin satışının artacağı deməkdir. Bu arada hibrid-elektron avtomobillərin mühəndisləri bu avtomobilləri daha da cəlbedici etməyin yollarını arayır.

Elektrik mühərriklər yanacaqla işləyən mühərrikləri tədricən arxada qoymağa başlayıb. Volvo Avtomobil Korporasiyasından Hakan Samuelson: “2019-cu ildən sonra satışa çıxarılacaq bütün avtomobillər elekrikləşdirilmiş olacaq. Biz üç səviyyədən bəhs edirik, ilk addım əyləc enerjisini bir hibrid sistemində yerləşdirmək, ikincisi isə əkiz mühərrik sistemidir. Bizim artıq bazarda belə avtomobillərimiz var. Üçüncü səviyyə isə tam elektrikləşdirmədir.”

Hazırda hibrid-elektrik avtomiobillərdə elektrikdən yanacağa keçid sistemi mövcuddur ki, bu da sürətdən və avtomobilin gücündən asılıdır. Kaliforniya Universitetinin tədqiqatçıları sistemi daha da kamilləşdirməyin mümkün olduğunu deyirlər. “Bizim üzərində işlədiyimiz və təklif etdiyimiz yalnız avtomobilin daxili sensor məlumatları deyil, avtomobildən kənarda baş verənlər də bizim üçün vacibdir. Beləliklə, biz həm də nəqliyyat məlumatına, işıqfor sisteminə və insanların sürmə davranışına nəzər yetiririk” deyə, Kaliforniya Universitetindən Mət Bart bildirir.

Təqdiqatçılar deyirlər ki, daha güclü alqoritmlər sürücülərin vərdişlərini təhlil edə biləcək və bundan sonra yanacaqdan elektrikə keçib-keçməməyə avtomat özü qərar verəcək. “Belə bir sistemdən istifadə edilməsinə çox qalmayıb, fikrimcə 3 ildən 5 ilədək. Çünki artıq məlumatlar var, kommunikasiya qabiliyyəti mövcuddur. Yalnız bunu daha da təkmilləşdirib avtomobillərə yerləşdirmək gərəkdir.”

Tədqiqatçılar deyirlər ki, daha yaxşı alqoritmlər hibrid-elektrik avtomobillərdə yanacaq səmərəliliyini 30 faiz artıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG