Accessibility links

Senator Ted Kruz və Texasın qubernatoru Tayvan prezidenti ilə görüşüb


Bazar ertəsi Çin Tayvan liderləri ilə ABŞ rəsmiləri arasında hər hansı əlaqənin olmasına qarşı çıxdığını bildirib. Bu, Tayvan prezidenti Tsai İnq-ven ABŞ senatoru Ted Kruz və Texas qubernatoru Qreq Abbotla görüşəndən bir gün sonraya təsadüf edir.

Görüş Tsainin Mərkəzi Amerikaya səfəri çərçivəsində Hyustonda baş tutub.

Ted Kruz açıqladığı bəyanatda deyib ki, “Çin Xalq Respublikası bizim kiminlə görüçəcəyimizə özümüzün qərar verdiyini anlamalıdır”. O, həmçinin “çinlilər də görüşdükləri insanlarla bağlı bizə veto səlahiyyəti vermir”, deyə əlavə edib.

ABŞ prezidentliyinə seçilmiş Donald Tramp noyabrda seçkilərdə qalib gələndən qısa müddət sonra Tsai ilə telefon danışığı aparması səbəbilə Çinin tənqidləri ilə üzləşib.

1979-cu ildən bəri ABŞ Tayvanın Çinin bir hissəsi olduğuna dair Çinin mövqeyini dəstəkləyir.

XS
SM
MD
LG