Accessibility links

Tədqiqatçılar ağıllı protez düzəltməyə çalışır [Video]


Tədqiqatçılar ağıllı protez düzəltməyə çalışır
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Hyustonda yerləşən Rays Universitetinin məlumatına görə, ABŞ-da təxminən 1.7 milyon insanın ətrafları yoxdur. Hazırda mövcud olan protezlər amputasiya olunmuş inanların hərəkət etmək qabiliyyətini bərpa etməyə yardım etsə də, çox az sayda cihaz istifadəçilərə hissiyatları ilə bağlı məlumat verir. Rays universiteti, Pisa universiteti və İtaliya Texnologiya İnstitutunun tədqiqatçıları ayağı və ya əli kəsilən insanlara protezin gördüyü işləri daha yaxşı dərk etməyə yardım etməyə çalışır.

Toxunma hissinə aid hər şeyə haptik deyilir. Nəyə isə toxunduğunuzu dərk etmək, toxunduğunuz əşyaya qarşı nə qədər təzyiq göstərdiyinizi anlamaq bacarığı haptik hissiyatlardır.
Canel Klark

Protez əl əli kəsilən insanların həyatlarını normal şəkildə davam etdirmələri üçün vacib bir alətdir, amma tam hərəkət azadlığı və toxunma hissi kimi bəzi elementlər protezdə real əldəki kimi olmur.

“Protezlərdə böyük irəliləyişlər əldə olunub, amma hələ daha çox iş görülməlidir,” deyə tədqiqatın könüllü iştirakçısı Çeriti MakFarland bildirir.

Amerikanın Səsinə Skype vasitəsilə danışan Çeriti MakFarlend dörd il öncə avtomobil qəzasında əlini itərəndən sonra istifadə etdiyi iki protezi göstərir.

MakFarlend Rays Universitetinin ağıllı protez əl üzərində apardığı tədqiqatda könüllü olaraq iştirak edir. Onlar amputasiya olunmuş insanların bioloji əllərinə daha çox bənzər haptik cihazlar yaradır.

“Toxunma hissinə aid hər şeyə haptik deyilir. Nəyə isə toxunduğunuzu dərk etmək, toxunduğunuz əşyaya qarşı nə qədər təzyiq göstərdiyinizi anlamaq bacarığı haptik hissiyatlardır”, Rays Universitetinin tədqiqatçısı Canel Klark deyir.

Amputasiya olunmuş insanlar “əzələ hissiyatı” yaradan Rice Haptic Rocker adlı bu cihazı sınaqdan keçirir.

“Cihaz irəli və geri hərəkət etdiyində dərini gərir. Bu gərilmə əlin açılıb-bağlanması ilə uyğunlaşır”, deyə Rays bildirir.

Protez əl
Protez əl

Tədqiqatçılar gözü qapalı olan araşdırma iştirakçılarının dərini dartan cihazdan aldıqları hissiyatla bağlı məlumatlar vaistəsilə protez əllə tutduqları əşyanın ölçülərini ikiqat daha çox ayırd edə bildiklərini aşkar edib.

“Mən hələ də, onun nə etdiyini tam hiss edə bilmədim”, MakFarland deyir.

“Bu, uzun-müddətli bir layihə olacaq. Məqsəd eyni bacarıqları olan süni əl yaratmaqdır. Amma qısa-müddətli digər dəyişikliklər də yüksək qiymətləndiriləcək”, deyə Klark bildirir.

Hələlik MakFarland deyir ki, o, ələ bənzəyən və barmaqların tərpənməsinə, biləyini əyilib, əsl əl kimi fırlanmasına imkan yaradan protezin düzəldilməsinə istəyir.

XS
SM
MD
LG