Accessibility links

Ştefan Füle: Azərbaycan hakimiyyətini müvafiq yerlərdə dinc nümayişlərə icazə verməyə çağırırıq


Ştefan Füle: Azərbaycan hakimiyyətini müvafiq yerlərdə dinc nümayişlərə icazə verməyə çağırırıq
Ştefan Füle: Azərbaycan hakimiyyətini müvafiq yerlərdə dinc nümayişlərə icazə verməyə çağırırıq

Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle Azərbaycanda vətəndaşların toplaşmaq hüququnun və azadlıqlarının məhdudlaşdırılması istiqamətində hadisələrin son inkişafından çox narahatdır.

Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle bu gün bəyanatla çıxış edib. Sənəddə deyilir: “Azərbaycanda vətəndaşların toplaşmaq hüququnun və azadlıqlarının məhdudlaşdırılması istiqamətində hadisələrin son inkişafından çox narahatıq. Bir neçə dinc nümayişçi inzibati həbslərə, habelə nümayiş təşkil etdiklərinə görə cinayət təqibinə məruz qalıb. Bütün bunlar jurnalistlərə və siyasi fəallara, habelə insan hüquqları məsələləri ilə məşğul olan beynəlxalq qeyri hökumət təşkilatlarının nümayəndələrinə təzyiqlərin artması fonunda baş verib.
Azərbaycan hakimiyyətini müvafiq yerlərdə dinc nümayişlərə icazə verməyə və ATƏT və Avropa Şurası qarşısında demokratiya və insan hüquqları sahəsində öhdəliklərinə hörmət etməyə çağırırıq”.

XS
SM
MD
LG