Accessibility links

Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycan prezidenti ilə görüşüb


İlham Əliyev və Nikolay Patruşev
İlham Əliyev və Nikolay Patruşev

Prezident İlham Əliyev sentyabrın 30-da Azərbaycanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Əliyev iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb.

“Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlıq mövcuddur. Dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır. Sizin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır”, prezident qeyd edib.

Ölkə başçısı ümidvar olduğunu bildirib ki, N. Patruşevin səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.

N.Patruşev təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

"Biz sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq", Patruşev qeyd edib.

Bununla yanaşı, sentyabrın 29-da Nikolay Patruşevin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüşdə regional təhlükəsizlik, dini ekstremizmə və terrorizmə qarşı mübarizənin qanunvericilik bazasının təkmilləşdirilməsi, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinə baxılıb

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG