Accessibility links

Tehran öz nüvə yanacağını Qərbə etibar etməyəcəyini deyir


Tehran öz nüvə yanacağını Qərbə etibar etməyəcəyini deyir
Tehran öz nüvə yanacağını Qərbə etibar etməyəcəyini deyir

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyinin baş müşaviri bunun Qərbin şər məraml olduğunu deyib

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyinin baş müşaviri deyir ki, Tehran heç zaman Qərbə öz nüvə yanacağını etibar etməyəcək. Əli Əkbər Vilayəti bildirib ki, İrandan öz nüvə yanacağnı emal olunmaq üçün Qərbə gönədrilməsini tələb etmək Qərbin şər məramlarına sübutdur. Bu həftənin əvvəlində xarici işlər naziri Mənuçehr Motəkki ümidini izhar etmişdi ki, BMT tərəfindən dəstəklənən yanacaq mübadiləsi çoxtərəfli etimadın yaranmasına xidmət göstərəcək.

Bu arada İtaliya rəsmiləri silah alverində ittiham olunan iranlı jurnalist Həmid Məsuminejadi həbsdən azad ediblər. Lakin jurnalist ev dustağı olaraq qalır. İtaliya rəsmiləri bildirirlər ki, İran vətəndaşları beynəlxalq ictimaiyyətin Yaxın Şərq ölkələrinə silah göndərilməsinə embarqo qoymasına baxmayaraq, İrana silah göndəriblər.

XS
SM
MD
LG