Accessibility links

Tehranın nüvə proqramına dair danışıqlar İstanbulda davam edəcək


Tehranın nüvə proqramına dair danışıqlar İstanbulda davam edəcək
Tehranın nüvə proqramına dair danışıqlar İstanbulda davam edəcək

İranın ali nüvə müzakirəçisi və digər dünya dövlətlərinin yüksək ranklı diplomatları bu gün Cenevrədə Tehranın mübahisəli nüvə proqramına dair danışıqları bərpa edib. Danışıqların ikinci günü də danışıqlardan gözləntilər yüksək olmayıb. Ekspertlər deyir ki, ən böyük ümid son görüşün yeni görüşlər üçün zəmin yaratması şansı olub. Danışıqların birinci günü dünən heç bir irəliləyiş əldə olunmadan sona çatmışdı. Bu, müzakirəçilərin son bir ildə nüvə proqramına dair ilk görüşüdür. İranın nüvə müzakirəçisi Səid Cəlili Avropa Birliyinin nümayəndəsi Katerin Aştonla yanaşı, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyadan olan diplomatlarla görüşlər keçirib.

XS
SM
MD
LG