Accessibility links

Təhsil proqramları gənclər arasında zorakılıqların qarşısını alır [Video]


Təhsil proqramları gənclər arasında zorakılıqların qarşısını alır
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Təhsil proqramları gənclər arasında zorakılıqların qarşısını alır

Nyuark şəhərinin meri Ras Baraka gənclər arasında cinayət hallarını azaltmağın yollarını axtarır

İlin ilk yarısı bir sıra ABŞ şəhərlərində qətllərin sayı artıb. Qurbanların çoxu isə yeniyetmələr olub. İndi isə şəhər rəsmiləri və bəzi icmalarda polis gəncləri cinayətkarlıqdan uzaqlaşdıracaq proqramlar tərtib edir.

Fikrini dəyişib ‘mən artıq düzgün işlərlə məşğul olmaq istəyirəm’ deməklə olmur. Ətrafında sənə doğru yolu seçməyə və bu yolda irəliləməyə kömək edəcək düzgün insanların olması vacibdir.
Ras Baraka

Nyu Cersi ştatının Nyuark şəhərində qətl, oğurluq, narkotik alveri və qanqsterlərin fəaliyyəti artıb. Bu icmadakı insanlar bundan narahatdırlar, əsasən də qətllərin sayının gənc afro-amerikalılar arasında artmasından.

“Bu qədər şiddət, əsasən də qardaşın qardaşı, qaradərilinin digər qaradərilini öldürdüyüynü görmək çətindir.”

İcma fəalı Reqqi Miller qaradərili gəncləri müsbət sosial və emosional inkişaf bacarıqları ilə təmin edən proqrama başçılıq edir. Onun məqsədi onları təhlükədən uzaq durmağa və universiteti bitirməyə razı salmaqdır.

“Mən çalışıram ki, onlar həyata tənqidi baxsınlar və anlasınlar ki, təhsil almalıdırlar, çalışmalıdırlar və icmalarına xidmət etməlidirlər. Belə etməklə onların həyatı dəyişə bilər.”

Dennis Rodriqez cinayət törədən, amma həyatlarını dəyişmək istəyən gəncləri tanıyır.

“Onların çoxu qabiliyyət və bacarıqlarının olduğunu başa düşür, amma düşünürlər ki, bu bacarıqlar lazımlı deyil. Onlar fikirləşir ki, bu qabiliyyət və bacarıqlarından konstruktiv deyil, məhvedici məqsədlər üçün istifadə etməlidirlər.

Bizim küçələrə 450 daha polis zabitini səfərbər etmək üçün maliyyə imkanımız var.

Nyuarkın meri Ras Baraka gənclər arasında cinayət hallarını azaltmağın yollarını axtarır. O, küçə patruluna daha çox polis göndərib, amma müxtəlif nəticələr əldə edib. Keçmiş məktəb direktoru kimi o, şəhərin ən çox cinayət baş verən məhəllələrindəki gəncləri hədəf alan maarifləndirici proqramlara da daha çox vəsait ayırıb.

“Fikrini dəyişib ‘mən artıq düzgün işlərlə məşğul olmaq istəyirəm’ deməklə olmur. Ətrafında sənə doğru yolu seçməyə və bu yolda irəliləməyə kömək edəcək düzgün insanların olması vacibdir.”

Mer nümunə olaraq həyatını tamamilə dəyişən 19 yaşlı Darnel Smiti misal çəkir.

"Mən bu insana (merə) görə tanınmaq istəyirəm. O, bir addım ataraq şəhər şurasının üzvü olub, daha sonra isə mer. Kim bilir, bəlkə bir gün mən də onun kimi ola bilərəm.”

Darrel Prays məktəbi atan 16-24 yaşlar arası gənclərə yardım etməyə çalışır. O, bu gənclərə maarifləndirici və iş baracarıqları ilə təmin edən proqrama başçılıq edir.

Mən çalışıram ki, onlar həyata tənqidi baxsınlar və anlasınlar ki, təhsil almalıdırlar, çalışmalıdırlar və icmalarına xidmət etməlidirlər. Belə etməklə onların həyatı dəyişə bilər
Reqqi Miller

“Buradakı daha öncə cinayət törədən gənclər arasında residivizm halları 5 faizdən azdır.”

Övladı olmayanadək 17 yaşlı Yasmin Barnetin məktəbi bitirmək planı yox idi, İndi isə o artıq valideyndir, məktəbi bitirmək üzrədir və iş axtarır.

“Bir insanın dəyişməsi üçün başqa bir insan lazımdır- mənim üçün bu insan oğlum oldu.”

İcma liderləri şəhərin gənclər arasında zorakılıq və cinaəti azatmağa, eləcə də bu gəncləri doğru yolu seçməyə yardıma yönəlmiş proqramlar tərtib etməsini istəyirlər.

XS
SM
MD
LG