Accessibility links

Amerika Təhsil Sərgisi


Amerika Təhsil Sərgisi
Amerika Təhsil Sərgisi

Yarmarkada 10 Amerika universiteti və digər ödənişsiz təhsil programları təmsil olunacaq

Oktyabrın 1-də ABŞ-ın Dövlət Departamenti və ABŞ Səfirliyi Bakıda Amerika Təhsil Sərgisi keçirəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə sərginin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir.

Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən və azərbaycanlı tələbələr ilə görüşə gələn ABŞ Universitetlərinin nümayəndələri ilə görüşə biləcək, maraqlandıran suallarla onlara müraciət edə biləcəklər.

Yarmarkada 10 Amerika universiteti və digər ödənişsiz təhsil programları təmsil olunacaq.

Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək və həmçinin yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər.

Sərgidə ABŞ Səfirliyinin nümayəndələri də iştirak edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG