Accessibility links

Neşvildə bomba hücumu həyata keçirən şəxsin kimliyi müəyyən edilib


ABŞ müstəntiqləri cənub Tennesi ştatının Neşvill şəhərində üç nəfərin yaralanması, onlarla binanın xəsarət alması və telekommunikasiya sistemlərinin pozulmasına səbəb olan partlayışın səbəbini müəyyənləşdirməyə çalışır.

Rəsmilər bazar günü Neşvilin kantri musiqi barları və çox sayda restoranın olduğu məhəlləsində nəqliyyat vasitəsini (təkərli ev) partladan şəxsin 63 yaşlı Entoni Kuinn Vorner adlı şəxs olduğunu bəyan edib.

"Biz bombanı Entoni Vorner adlı şəxsin partlatdığını müəyyən etdik. Bomba partlayan zaman onun təkərli evinin yanında olduğu və həlak olduğu qənaətinə gəldik" - deyə, Tennisi ştatının prokuroru Donald Kokran bildirib.

Federal Təhqiqat Bürosu və "Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosu" agentlərinin hələ də dəlillər topladığı və təhlilləri davam etdirdikləri bildirilib. Partlayışın baş verdiyi ərazi bazar ertəsi də bağlı olub.

"Hadisənin motivi hələ aydın deyil. Təhqiqat davam edir, lakin hazırda başqa bir şəxsin bu partlayışda iştirak etdiyinə dair bir işarə yoxdur" - deyə, Federal Təhqiqat Bürosu bazar ertəsi etdiyi açıqlamasında bildirib.

Müstəntiqlər Vornerin nəqliyyat vasitəsinin identifikasiya nömrəsini tapmaq və partlayışla əlaqələndirmək üçün DNK kimi dəlillərdən və ictimaiyyətin məsləhətlərindən istifadə edir.

Şənbə günü Vornerin partlayışı həyata keçirdiyi yerdən 18 kilometr aralıda, Antiokiyadakı evində axtarış aparılıb.

Vornerin bir neçə qonşusu son bir neçə ay ərzində onun həyətində cümə günü partladılan nəqliyyat vasitəsinə bənzər açıq rəngli bir təkərli ev gördüklərini deyib.

Rəsmi qeydlər Vornerin elektronik və siqnalizasiya ilə bağlı təcrübəyə malik olduğunu göstərib. O, informasiya texnologiyaları sahəsində də işləyib.

Şərhlərə bax

XS
SM
MD
LG