Accessibility links

ABŞ QHT liderləri üçün təqaüd proqramını elan edib


QHT liderləri

Vətəndaş cəmiyyətinin liderləri üçün nəzərdə tutulmuş və ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi 12 və ya 18 aylıq peşəkar təqaüd proqramını təqdim etməkdən məmnunluq duyuruq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Qeyri Hökumət Təşkilatları (QHT) sektorunda 2 ildən 10 ilədək iş təcrübəsi olan, ali təhsilli və ingilis dilini bilən şəxslər proqrama müraciət edə bilər.

Atlas Corps proqramı bu günə qədər dünyanın 87 ölkəsindən 550 lideri dəstəkləyib. Proqrama müraciət etmək üçün son tarix 2017-ci il dekabrın 19-dur.

Daha ətraflı məlumat üçün linkə keçin: bit.ly/AtlasCorps2018

XS
SM
MD
LG